Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının nümayəndələri ilə görüşü tarixi əhəmiyyətə malik mühim hadisədir. Bu görüş həm də ona görə əhəmiyyətli oldu ki, dövlət başçısı soydaşlarımızın öz tarixi dədə-baba yurdlarına qayıdışı ilə bağlı yeni dövrün başlanğıcını elan etdi.
Prezidentin etdiyi açıqlamalardan da açıq anlaşıldı ki, 1 milyona yaxın azərbaycanlının tapdalanmış hüquqlarının bərpası istiqamətində rəsmi Bakı tərəfindən bundan sonra daha ciddi addımlar atılacaq. Konkret desək, Zəngəzurda başlayan münaqişəyə elə Zəngəzurda son qoyulacaq. Qərbi azərbaycanlılar yaxın gələcəkdə öz tarixi torpaqlarına qayıdacaqlar...
Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qarşısında götürdüyü öhdəliklərə nümayiş etdirdiyi destruktiv münasibət, ipə-sapa yatmayan hərəkətləri, bəyanatları, təxribatyönlü qərarları bu addımı zərurətə çevirdi.
Baxmayaraq ki, hələ Azərbaycan Prezidenti aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilmiş V Qurultayında Ermənistana yeni geosiyasi reallığı qəbul etməyəcəyi halda rəsmi Bakının ahnsı addımları atacağı ilə bağlı xəbərdarlığını etmişdi.
Qurultaydakı çıxışı zamanı Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağıran dövlət başçısı qarşı tərəfə sülh təklif etdi: "Sülhə nail olmaq üçün Ermənistan ilk növbədə, Azərbaycanın ərazi bötüvlüyünü tanımalıdır. Əgər Ermənistan İkinci Qarabağ müharibəsinin yaratdığı reallığı qəbul etməsə, o zaman Azərbaycan tarixi əraziləri üzərində öz suverenliyini təmin üçün fərqli addımlar ata bilər".
Prezident öz çıxışında açıq şəkildə İrəvanın və Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu bir daha qeyd edərək rəsmi İrəvana həmin ərazilərin qanunsuz olaraq Azərbaycandan alınıb ermənilərə verildiyini xatırlatmışdı. O hətta həmin çıxışı zamanı Ermənistana çox vacib mesenc ünvanladı. Dövlətimizin başçısı aydın bəyan etdi ki, Ermənistan Qarabağa olan iddiasından əl çəkməsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etməklə indiki Ermənistan ərazisi olan Zəngəzur, İrəvan, Göyçə mahalı kimi tarixi torpaqlarının qaytarılması tələbi ilə çıxış edə bilər.
İlham Əliyevin 3 gün əvvəl (dekabrın 24-də) Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı etdiyi çıxış deməyə əsas verir ki, o zaman çatdı.
Dövlət başçısının Qərbi Azərbaycan icması ilə çox mühim tarixi görüşü ilə bağlı xüsusilə iki məqam diqqət çəkdi:
✔️ Görüşün yeri
Bunun ən böyük mesajını 12 il bundan əvvəl ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulan bu binanın açılışını edən dövlət başçısı, ikinci dəfədir həmin binaya gəlir. Və bu dəfə tamamilə fərqli reallıqlarla. Bəli, artıq bu binada Qarabağdan olan qaçqın və məcburi köçkünlər yox, Qərbi Azərbaycan İcması yerləşib.
Dövlət başçısının da qeyd etdiyi kimi Qərbi Azərbaycan icmasının bu binaya yerləşdirilməsi bir rəmzi məna daşıyır. Belə ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıtmaqdadır. İlham Əliyevin "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar" ifadələrinə əsaslanaraq bir daha əminliklə deyə bilərik ki, Prezidentin Qərbi Azərbaycan İcması ilə görüş rəsmi Bakının daha böyük hədəflərinin anonsudur.
Erməni lobbisinin dəstəyini almaq məqsədi ilə ermənpərəst addımlar ataraq haylar arasında öz reputasiyasını yüksəltməyə çalışan Fransa, Rusiya, ABŞ-dakı bəzi siyasi dairələr və digər beynəlxalq təşkilatlar rəsmi Bakı tərəfindən daha tutarlı, daha effektiv mübarizənin şahidi olacaq. Azərbaycanın əgər bu gün öz legitim ərazisində aksiya keçirməsi sözügedən ermənipərəst dairələri bu qədər narahat edirsə, istisnasız deyə bilərik ki, Bakının yeni siyasi xətti həmin qüvvələrin yuxusunu uzun müddət qarışdıracaq.
✔️ Görüşün tarixi
Prezident İlham Əliyev doğum gününü bu vaxta kimi əgər Qarabağdan didərgin düşmüş qaçqın və məcburi kökünlərlə birgə qeyd edirdisə, 44 günlük müharibədən sonra bu əlamətdar tarixi Azad Qarabağda keçirmək üçün zaman ayırırdısa, bu dəfə ölkə başçısı Qərbi Azərbaycan icması ilə bir araya gəldi.
Beləcə, qaçqınlar cəmiyyəti Qərbi Azərbaycan icmasına transformasiya olunduqdan sonra bu görüşün baş tutması, Azərbaycan dövlətinin növbəti siyasi xəttində əsasən hansı məsələlərin yer alacağından xəbər vermiş oldu. Dövlət başçısı bu addımı ilə Azərbaycanın gələcək siyasi gündəliyinin kontrlarını nümayiş etdirdi. İlham Əliyev görüş zamanı bu istiqamətdəki hədəflərimizi çox açıq bəyan etdi.
Prezident səsləndirdiyi fikirlərlə həm Azərbaycan daxilində, eyni zamanda Azərbaycandan kənarda da diqqətləri cəlb etdi. Ölkə başçısının bu açıqlamaları rəsmi Bakı üçün erməni separatizminin, ərazi iddialarının, revanşist ermənilərin Rusiya, Fransa, İran kimi havadarları, erməni lobbisinin dəstəyi hesabına qurduğu bu qarayaxma kompaniyasını parçalamaq, onu deaktivləşdirmək, ərazi iddialarından əl çəkmələri üçün Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin artıq gün üzünə çıxarılıb bu istiqamətdə işləri sürətlənidirilməsi üçün zamanın çatdığını deməyə əsas verir.
Bununla da dövlət başçısı Ermənistan tərəfinin əsasız, heç bir tarixi gerçəkliklə əlaqəsi olmayan Azərbaycana qarşı ərazi iddiasına, revanş niyyətinə ağır zərbə vurmaq mənasında çoxdan anonsunu verdiyi Qərbi Azərbaycan - "Göyçə, İrəvan, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır" mesencini indi reallaşdırmaq zamanının yetişdiyini və bu amal ətrafında bütöv Azərbaycanın birgə fəaliyyətinin əhəmiyyətini qeyd etdi.
Dövlət başçısının çıxışı zamanı diqqət çəkən digər məqamlardan biri də Qərbi Azərbaycandakı tarixi, dini, mədəni, irsi abidələrimizin ermənilər tərəfindən dağıdılaraq yerlə-yeksan edilməsi ilə bağlı tarixi faktlar oldu: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var".
Bəli, rəsmi Bakı Ermənistana qarşı növbəti təzyiq vasitəsi kimi Qərbi azərbaycanlılardan istifadə etməkdə artıq qəti qərarını verdi. Əsassız ərazi iddiasından həyasızca əl çəkmək istəməyən, bu tesizi kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərdən yayınmaq məqsədilə manupulyasiya vasitəsinə çevirən Ermənistan üçün Bakı çox tutarlı cavab hazırlayır. Necə ki, apreldə dövlət başçısı bunun anonsunu vermişdi:
Sayı bir milyondan çox olan Qərbi azərbaycanlılar Bakının İrəvana qarşı başlıca təzyiq vasitəsi ola bilər. Sayı heç 30-40 min olmayan ermənilər üçün status tələb edən Qərbin qarşısına sayı bir milyondan çox olan Qərbi azərbaycanlıları təqdim etmək erməni barbarlığına, vandallığına, cinayətlərinə göz yuman dövlətlərə, beynəlxalq təşkilatlara çox tutarlı cavab ola bilər. Azərbaycanın əlində dövlət başçısının da qeyd etdiyi kimi bunun üçün kifayət qədər tarixi sənədlər, xəritələr mövcuddur. İndi Ermənistan "bacısına" (Fransa), "adaxlısına" (Rusiya) həmin tarixi gerçəkliyi təhrif etmələri üçün daha nələrini verəcək ki, bu məsələdə də istədiyi dəstəyi alsın. Ermənilərin bacardığı ən yaxşı iş "namus alverdirir" ki, artıq yaxın gələcəkdə İrəvanın havadarlarına qız-gəlin təklifi də bu gedişlə bir işə yarayacaq kimi görünmür.
Atabəy Türkel