Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trump və ABŞ dövlət katibi Marco Rubio ilə görüş keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna lideri Zelenski ABŞ Prezidenti Trampla bir araya gələrək bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə ABŞ dövlət katibi Rubio da iştirak edib. Tərəflərin müzakirə etdiyi məsələlərin təfərrüatları hələlik açıqlanmayıb.