Vilayət Eyvazov məşhur generalın kürəkənini vəzifəsindən azad etdi - Yeni TƏYİNAT (FOTO)

11:15 - 09 Mart 2023

Vilayət Eyvazov məşhur generalın kürəkənini vəzifəsindən azad etdi - Yeni TƏYİNAT (FOTO)

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki Əşrəf Allahyarov tutduğu vəzifəsindən azad edilərək Yasamal Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq idarənin rəis müavininə həvalə edilib.

 

Qeyd edək ki, polis polkovniki Əşrəf Allahyarov Daxili işlər nazirinin sabiq müavini general-leytenant Oruc Zalovun kürəkənidir.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az