Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində yaşanıb.Kommunal küçəsi, ev 1 ünvanında 1980-ci il təvəllüdlü Məmmədov Əli Cəmşid oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı qarnından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.