ABŞ-dan Qarabağ erməniləri ilə bağlı mühüm AÇIQLAMA

00:15 - 04 İyul 2023

ABŞ-dan Qarabağ erməniləri ilə bağlı mühüm AÇIQLAMA

ABŞ Ermənistanla Azərbaycan arasında danışıqları dəstəkləməkdə davam edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien bildirib.

O, qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinken danışıqları konstruktiv adlandırıb: “Məqsəd regionda hamıya davamlı və ədalətli sülh gətirəcək nəticə əldə etməyə çalışmaqdır”.

"Birləşmiş Ştatlar tərəflər (Azərbaycan və Ermənistan -red) arasında uzun müddətdir davam edən qarşıdurmanın hərbi həll yolu olmadığını açıq şəkildə bildirdi. Biz hərbi alovlanmaların danışıqlar üçün əlverişli olmadığını dedik. Bütün tərəfləri fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırdıq. Görürük ki, bölgənin problemlərinin həlli yolu davamlı sülhdən keçir”, - Kvien deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az