Talibandan qadınlara daha bir QADAĞA

18:20 - 04 İyul 2023

Talibandan qadınlara daha bir QADAĞA

Əfqanıstandakı Taliban administrasiyası qadınların hüquq və azadlıqlarını məhdudlaşdıran  təcrübələrinə yenilərini əlavə etməkdə davam edir. 

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki,Taliban ölkədə qadınlara xidmət göstərən gözəllik salonlarının bağlanması barədə göstəriş verib.

Qeyd edək ki, 2021-ci ilin avqust ayından Əfqanıstanda hakimiyyətdə olan Taliban hər gün qadınlara qarşı təzyiq və məhdudlaşdırıcı tətbiqlərinə yenilərini əlavə edir.

 Taliban sözçüsü qərarı təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.

Gözəllik salonlarına “bir ay ərzində bağlanmaq” əmri verildiyi açıqlanıb. Bildirilib ki, qadağanın səbəbi zallar bağlandıqdan sonra açıqlanacaq.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az