İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana yola düşüb.
Manset.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
O, Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Abdullahianın Azərbaycan XİN başçısı Ceyhun Bayramov və digər rəsmilərlə görüşü planlaşdırılır.