"NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb".
Manset.az xəbər verir ki, bunu alyansın nümayəndəsi Oan Lunqesku bildirib.
“Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər”, - o deyib.
Lunqesku həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.