Prezident Xələf Xələfova yüksək vəzifə verdi - SƏRƏNCAM

14:17 - 24 İyul 2023

Prezident Xələf Xələfova yüksək vəzifə verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev XİN rəhbərinin müavini Xələf Xələfovla bağlı Sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, Sərəncama əsasən, Xələf Əli oğlu Xələfov Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

“Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1158 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 878) ləğv edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Xələf Xələfov Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az