Xəbər verdiyimiz kimi bir neçə gün bundan əvvəl Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsi tərəfindən keçirilən əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Tofiq Kərimov rüşvət alarkən cinayət başında yaxalanıb. Ötən gün həbs edilən baş memar müvafiq əmrlə tutduğu vəzifəsindən azad olunub.
Əldə etdiyimiz digər məlumata görə, əməliyyat keçirilən zaman Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işdə olmayıb. Belə ki, icra başçısı həmin vaxt növbəti əmək məzuniyyətində olub.
İcra başçısı Müstəqim Məmmədov

Baş memar Tofiq Kərimov:

Manşet.az