logo
logo logo
logo

Amsterdamda kafedə atışma - Ölən var

23:59 - 25 Sentyabr 2026

Amsterdamda kafedə atışma - Ölən var

Amsterdamın şimalında kafenin terras hissəsində baş verən atışma nəticəsində bir nəfər ölüb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə barədə polisə yerli vaxtla saat 15:05 radələrində məlumat daxil olub. Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, atəş açılan zaman kafenin terrası ziyarətçilərlə dolu olub.

    Polis şübhəli şəxsi saxlayıb. Onun kimliyi və cinayətin motivləri hələlik açıqlanmayıb. Niderlandın cəzaların icrası xidməti ölən şəxsin Zaandam həbsxana kompleksinin əməkdaşı olduğunu bildirib.

    Şahidlərin sözlərinə görə, şübhəli hadisədən sonra silahı suya atıb. Polis bu məlumatı hələlik təsdiqləməyib. Hadisə yerində istintaq tədbirləri davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az