logo
logo logo
logo

Ukrayna Rusiyanın bu ərazilərini hədəfə aldı - Zelenski açıqladı

16:02 - 25 Sentyabr 2026

Ukrayna Rusiyanın bu ərazilərini hədəfə aldı - Zelenski açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müxtəlif bölgələrində yerləşən 2 neft emalı zavodunun və 1 müdafiə sənayesi müəssisəsinin hədəfə alındığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Ukrayna ordusu və təhlükəsizlik qüvvələrinin Rusiyadakı hədəflərə qarşı davam etdirdiyi hücumlar barədə məlumat verib.

O, Rusiyanın Perm vilayətində və Rostov vilayətinin Novoşaxtinsk şəhərində yerləşən 2 neft emalı zavodunun hədəfə alındığını bildirib. Zelenski, həmçinin Ulyanovsk vilayətindəki “İskra” zavodu adlı müdafiə sənayesi müəssisəsinə və Rostov vilayətində yerləşən 2 radar stansiyasına zərbələr endirildiyini qeyd edib.

Zelenski “Rusiyanın insanların həyatına qarşı amansız hücumlarına cavab veririk” deyə bildirib.

Rusiya rəsmiləri isə Ukrayna ordusunun Rusiyanın Perm, Voronej və Ulyanovsk vilayətlərinə pilotsuz uçuş aparatları ilə (PUA) həyata keçirdiyi hücumlar nəticəsində 1 nəfərin öldüyünü, 21 nəfərin yaralandığını açıqlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az