logo
logo logo
logo

ADY sərnişinlər üçün yeni alternativ marşrutlar təqdim etdi - FOTO

15:13 - 25 Sentyabr 2026

ADY sərnişinlər üçün yeni alternativ marşrutlar təqdim etdi - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə növbəti alternativ səyahət marşrutlarını təqdim edib.


Bu barədə Manset.az-a ADY-dən məlumat verilib.

Məlumata görə, Xırdalan və Biləcəri istiqamətindən gələn sərnişinlər Dərnəgül dəmiryol dayanacağında enərək cəmi 50 metr məsafədə yerləşən avtobus dayanacağına keçid edə bilərlər. Sərnişinlər buradan 4 fərqli avtobus marşrutu vasitəsilə səfərlərini şəhərin müxtəlif istiqamətləri üzrə davam etdirmək imkanına malikdirlər:

2 nömrəli marşrut: Avtovağzal kompleksi istiqaməti (“28 May”, “Nərimanov”, “Azadlıq prospekti”, “20 Yanvar”, “Nizami”, “Avtovağzal” metro stansiyalarından keçməklə).

3 nömrəli marşrut: Badamdar qəsəbəsi istiqaməti (“Gənclik”, “Azadlıq prospekti”, “Elmlər Akademiyası” metro stansiyalarından keçməklə).

33 nömrəli marşrut: Mərkəzi Bank istiqaməti (“Azadlıq prospekti”, “Nizami”, “28 May” metro stansiyalarından keçməklə).

88 nömrəli marşrut: 20-ci sahə istiqaməti (“Azadlıq prospekti” metro stansiyasından keçməklə).

Qeyd edilib ki, Bakı Dəmiryol Vağzalından (“28 May”) Dərnəgül dayanacağına qatarla gediş müddəti cəmi 11 dəqiqə təşkil edir. Qatarların hərəkət cədvəli ilə ADY-nin rəsmi saytında və ya "ADY Mobile" tətbiqində tanış olmaq mümkündür.

Medial

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az