Ovni Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
Manset.az ANZ.AZ-a istinadən xəbər verir ki, onun təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında rəsmən elan olunub.
Ovni Muradov bundan sonra fəaliyyətini muxtar respublikanın təhsil naziri kimi davam etdirəcək.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ovni Muradov Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.