Şanlıurfanın Eyyubiyə rayonunda evdə qanunsuz qazıntı apararaq xəzinə axtaran şəxslər jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfada evdə qanunsuz qazıntı apararaq xəzinə axtardıqları müəyyən edilən 2 şübhəli jandarma əməkdaşları tərəfindən saxlanılıb. Şübhəlilərin evin daxilində təxminən 25 metr dərinliyində quyu qazdıqları müəyyənləşdirilib.
Qazıntı zamanı istifadə olunan çoxsaylı avadanlıq da müsadirə edilib.