logo
logo logo
logo

Türkiyəli məşhur aktrisaya 6 ay həbs cəzası - İDDİA

17:13 - 25 Sentyabr 2026

Türkiyəli məşhur aktrisaya 6 ay həbs cəzası - İDDİA

Türkiyəli tanınmış aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada davam edən məhkəmə işi çərçivəsində həbs cəzası qərarı verildiyi iddia olunub.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş materiallarında təxminən 285 min avro məbləğində borc və saxta sənədlərlə bağlı ittihamların yer aldığı bildirilib.

“Sabah” qəzetinin məlumatına görə, B.D.Yılmaz barəsində Almaniyada aparılan məhkəmə prosesi çərçivəsində 6 ay müddətinə azadlıqdan məhrumetmə qərarı verildiyi iddia olunub. Sözügedən iddiaların aktrisanın əvvəllər Almaniyada həyata keçirdiyi bəzi əməliyyatlar və borcları ilə bağlı başladıldığı bildirilən araşdırmaya əsaslandığı qeyd edilib.

İddialara görə, araşdırmanın mərkəzində Yılmazın botoks, dodaq dolğusu, lazer prosedurları, sellülit müalicəsi və digər estetik prosedurlarla bağlı ödəmədiyi iddia olunan borclar dayanır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az