ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Marshall Legacy Institute" (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.
Manset.az musavat.com-a istinadən bildirir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi özünün "X" sosial şəbəkə hesabında yazıb.
"Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərərçəkmiş ölkələrə bağışladığı 300-cü itdir, onlardan 81-i Azərbaycana göndərilib.