Hərbçilərə orden və medallar təqdim edildi

18:55 - 04 Sentyabr 2023

Hərbçilərə orden və medallar təqdim edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi zamanı xüsusilə fərqləndiklərinə görə və Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif olunmuş hərbi qulluqçulara orden və medallar qurumun rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təqdim edilib.

 

Bu barədə Manset.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə Azərbaycan sərhədçilərinin istənilən döyüş tapşırığını bundan sonra da şərəflə yerinə yetirəcəklərinə, müqəddəs torpaqlarımızın müdafiəsini və mühafizəsini böyük əzm və fədakarlıqla təmin edəcəklərinə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrlərini ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi hissələrin yaşayış şəhərciklərinə baxış keçirib və hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az