Vatsapdan daha bir yenilik

20:42 - 05 Sentyabr 2023

Vatsapdan daha bir yenilik

Vatsap tərtibatçıları “Android”də interfeysin kütləvi şəkildə yenidən dizaynına hazırlaşırlar.

 

Manset.az xəbər verir ki, bu barədə messencerdə yeniliklərin təhlili üzrə ixtisaslaşan “WABetaInfo” portalı məlumat yayıb.

Vatsapda yeni interfeys 2.23.13.16 beta versiyasında aşkar edilib. Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl “WhatsApp” yazısı görünəcək.

Messencerin yeni versiyasında “Söhbətlər”, “Status” və “Zənglər” tabları aşağı naviqasiya panelinə köçürülüb və orada “İcmalar” bölməsi əlavə edilib.

Belə bir naviqasiya paneli ilk dəfə vatsapın beta versiyasında hələ iyun ayında görünsə də, hələ messencerin sabit quruluşlarında görünməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az