Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xankəndiyə səfər edib və dövlət bayrağımızı ucaldıb.
Manset.az-ın məlumatına görə, bu tarixi anı əks etdirən görüntülər sosial şəbəkələrdə günün ən çox paylaşılanı olub.
Bu məqamda dövlət başçısının 2 il əvvəlki videosu da yenidən gündəm olub.
Belə ki, Prezident İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2021-ci ildə Şuşaya səfəri zamanı liderlər arasında səmimi dialoq diqqət çəkmişdi.
Prezident həmin gün Şuşadan o tərəfdə olan Xankəndini göstərərkən, Ərdoğan “Hotel oradadır?” sualını vermiş, İlham Əliyev isə cavabında gülərək “orada da olacaq” demişdi.
Yenidən viral olan görüntüləri təqdim edirik: