Aİ XİN rəhbərləri Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcəklər

18:19 - 18 Oktyabr 2023

Aİ XİN rəhbərləri Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcəklər

Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə olunacaq.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də Lüksemburqda keçiriləcək Xarici İşlər Şurasının iclasına Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi sədrlik edəcək.

"Şura Rusiyanın Ukraynaya təcavüzünü, təhlükəsizlik öhdəliklərini müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələr ətrafında fikir mübadiləsi aparacaq.

Nazirlər həmçinin, HAMAS-ın İsraildə törətdiyi qəddar və ayrı-seçkiliksiz terror hücumları və Qəzzada baş verən hadisələrdən sonra İsraildə və regiondakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar", - qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az