UEFA Belçika - İsveç oyunu ilə bağlı qərar AÇIQLADI

18:10 - 19 Oktyabr 2023

UEFA Belçika - İsveç oyunu ilə bağlı qərar AÇIQLADI

UEFA Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Brüsseldə baş verən terror aktına görə yarımçıq qalan Belçika - İsveç oyunu ilə bağlı qərarı açılayıb.

 

Manset.az xəbər verir ki, Avropanın ali futbol qurumu yekun nəticənin matçın dayandırıldığı vaxt tabloda olan 1:1 hesabının olacağını açıqlayıb.

Xatırladaq ki, oyun oktyabrın 16-da Brüsseldə baş tutub. Qarşılaşma zamanı şəhərin mərkəzində oyunun başlamasına təxminən saat yarım qalmış baş verən terror aktı nəticəsində İsveç millisinin 2 azarkeşi həlak olub. Matçın ilk hissə 1:1 hesabı ilə başa çatıb. Lakin komandalar arasında 2-ci hissə oynanılmayıb, görüş təxirə salınıb.

Qeyd edək ki, Belçika 2024-cü il Avropa çempionatına vəsiqəni hələ bu oyundan əvvəl təmin etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az