Rusiya Qarabağda 10 post AÇDI

21:54 - 19 Oktyabr 2023

Rusiya Qarabağda 10 post AÇDI

Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə birgə beş məntəqə qurub.

 

Son 24 saat ərzində Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıb.

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Qeyd olunub ki, hazırda sülhməramlılar Qarabağın məskunlaşmış ərazilərində elektrik enerjisi və qaz təchizatının bərpası işlərində iştirak edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az