Ceyhun Bayramov Lavrovla "3+3" platformasını müzakirə etdi

18:25 - 20 Oktyabr 2023

Ceyhun Bayramov Lavrovla \"3+3\" platformasını müzakirə etdi

Oktyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

 

Manset.az Rusiya XİN-ə istinadən xəbər verir ki, xarici işlər nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmi müzakirə ediblər.

"3+3" məsləhət regional platformasının fəaliyyəti ilə bağlı yanaşmalar nəzərdən keçirilib.

Sonrakı təmaslar barədə razılığa gəlinib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az