Bakı Təşəbbüs Qrupunun Ofisi açıldı

13:38 - 21 Oktyabr 2023

Bakı Təşəbbüs Qrupunun Ofisi açıldı

Paytaxtda Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı baş tutub.

 

Manset.az xəbər verir ki, tədbirdə qurumun rəsmi şəxsləri, o cümlədən Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov iştirak edib.

O, jurnalistlərə Bakı Təşəbbüs Qrupunun vəzifələri və məqsədi barədə məlumat verib.

Açılış mərasimində yerli və xarici qonaqlar da iştirak ediblər.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az