Azarkeşlər Türkiyə Superliqasının IX turunda derbi həyəcanı yaşayıblar.
Manset.az xəbər verir ki, bu turda “Qalatasaray” doğma meydanda "Beşiktaşı qəbul edib.
İstanbul derbisinin qalibi “Sarı-qırmızılılar” olub. Gərgin keçən qarşılaşmada "Beşiktaş azlıqda qalıb.
Qapıçı Mərt Günok kobudluğa görə meydandan qovulub. 26 və 82-ci dəqiqələrdə Mauro İkardinin vurduğu qollara qonaqlardan Aleks-Oksleyd Çamberlayn 69-cu dəqiqədə cavab verib. Matç 2:1 hesabı ilə meydan sahiblərinin qələbədsi ilə bitib.
Bu nəticə ilə Okan Burukun yetirmələri 25 xalla liderliyə yüksəlib. 4-cü pillədəki “Beşiktaş” isə 16 xalda qalıb.