Almaniyada bomba həyəcanı - Məktəblər boşaldıldı

15:32 - 23 Oktyabr 2023

Almaniyada bomba həyəcanı - Məktəblər boşaldıldı

Almaniyanın Mainz şəhərində yerli vaxtla saat 08.20 radələrində ictimai yayımçı ZDF televiziya kanalına elektron poçt vasitəsilə 5 məktəbə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis tərəfindən araşdırma zamanı heç bir neqativ hadisənin yaşanmadığı bildirilib.

Bundan başqa, televiziya kanalına məxsus bina evakuasiya edilib. Təxminən 600 işçi saat yarım çöldə saxlanılıb. Polisdən verilən açıqlamada bomba zərərsizləşdirmə qrupları və itlərlə binada aparılan təhlükəsizlik araşdırması nəticəsində heç bir təhlükəli vəziyyətə rast gəlinmədiyi bildirilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az