Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.
Manset.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
YAP Milli Məclisin deputatı Kamal Cəfərovun məşvərətçi səs hüquqlu üzv olması üçün müraciət edib.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.