50 nəfər sakini olan adada yaşayan 21 yaşlı qız bütün dünyanı təəccübləndirdi

16:47 - 08 Yanvar 2024

50 nəfər sakini olan adada yaşayan 21 yaşlı qız bütün dünyanı təəccübləndirdi

Dünyada milyardlarla insan izdihamlı şəhərlərdə yaşasa da, bəziləri cəmi 50 nəfər sakini olan kiçik qəsəbələrdə yaşayır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sakit okeanın cənubunda yerləşən Pitkern adasında yaşayan 21 yaşlı Torika Kristianın paylaşdığı videolar dünyanın diqqətini cəlb edib.

Adada ailəsi ilə birlikdə yaşayan 21 yaşlı Torika Kristian turistlərə balıq divar bəzəkləri və s. kimi əşyalar sataraq dolanır. Torikanın digər işlərinə isə yük gəmilərinin boşaldılması daxildir.

Onun gündəlik həyatına sosial şəbəkələrdə baxanlar Torikanın paylaşımlarından şoka düşür. Bunun səbəbi adadan kənar dünya reallıqlarından uzaq, burada həyatlarını yaşamalarıdır.

Torika Kristianın videoları bu boş adada həyatın nə qədər çətin və eyni zamanda gözəl olduğunu göstərir. Həmçinin, adanın davamlı gələcəyi üçün daha çox insanın burada məskunlaşmasının lazım olduğunu da sübut edir.

Əfsanə

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az