Ali Məclis ötən il 9 qanun qəbul edib

20:00 - 09 Yanvar 2024

Ali Məclis ötən il 9 qanun qəbul edib

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi tərəfindən il ərzində 17 qərar, 9 qanun qəbul olunub.

 

Manset.az  xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin 1 fevral–31 may 2023-cü il tarixdəki yaz sessiyasında 2 plenar iclas, 3 komitə iclası keçirilib, 4 qanun qəbul olunub, 1 qanunda dəyişiklik edilib, 2 qanun ləğv edilib, 4 qərar qəbul olunub.

1 iyun–30 sentyabr 2023-cü il tarixdə baş tutan növbədənkənar sessiyada 1 plenar iclas, 2 komitə iclası keçirilib, 3 qanun qəbul olunub, 3 qanunda dəyişiklik edilib, 4 qərar qəbul olunub.

2 oktyabr–30 dekabr 2023-cü il tarixdə baş tutan payız sessiyasında 9 plenar iclas, 6 komitə iclası keçirilib, 2 qanun qəbul olunub, 3 qanunda dəyişiklik edilib, 9 qərar qəbul olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az