Rus səfirliyindən Bakıdakı yanğınla bağlı paylaşım

19:23 - 15 Yanvar 2024

Rus səfirliyindən Bakıdakı yanğınla bağlı paylaşım

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda bildirilib.

Qeyd edək ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az