Əli Əsədov gürcü nazirlə görüşdü

20:50 - 25 Yanvar 2024

Əli Əsədov gürcü nazirlə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb.

 

Manset.az  xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az