Ermənistan yeni mina xəritələrini Azərbaycana göndərir

21:44 - 25 Yanvar 2024

Ermənistan yeni mina xəritələrini Azərbaycana göndərir

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib.

 

Manset.az "Report"a istinadən  xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

MTX yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritənin veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar dinc əhali üçün təhlükə yaratmaqda davam edir.

2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az