Türkiyəli astronavtın Yerə qayıdışı yenidən ertələndi

10:58 - 04 Fevral 2024

Türkiyəli astronavtın Yerə qayıdışı yenidən ertələndi

“SpaceX” ABŞ-nin Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alper Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib.


Manset.az “Report”a istinadən xəbər verir ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.

Xatırladaq ki, ötən gün “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı.

Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az