Vəzifəli şəxslərə cinayət işi açıldı

12:27 - 04 Mart 2024

Vəzifəli şəxslərə cinayət işi açıldı

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin vəzifəli şəxslərinə cinayət işi açılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xəstəxanada aparılan yoxlamalar zamanı 2021-2023-cü illərdə rəhbər şəxslərin əlbir olaraq külli miqdarda büdcə vəsaitini mənimsəməsi üzə çıxıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə cinayat işi açılıb.

Araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az