Saxlanıldığı deyilən birinci müavindən AÇIQLAMA

16:42 - 04 Mart 2024

Saxlanıldığı deyilən birinci müavindən AÇIQLAMA

Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb.

 

Manset.az xəbər verir ki, həmin məlumatda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədovun saxlanıldığı deyilir. 

Məsələ ilə bağlı Qafqzinfo Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Saxlanıldığı deyilən icra başçısının birinci müavini Səməd Tomuyev İcra Hakimiyyətində əməliyyat keçirilməsi xəbərini təkzib edib: “Mən işimin başındayam. Təəssüf ki, bəzi informasiya saytlarında həqiqəti əks etdirməyən məlumatlar yer alıb. Bu məlumatlar yalandır”.

***

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da məsələyə münasibət bildirib. Gununsesi.info-ya açıqlamasında başçı bunları deyib: “Mənim müavinim Səməd müəllim hazırda yanımdadır. Nə onun, nə də icra hakimiyyətinin digər vəzifəli şəxslərinin həbsi barədə yazılanlar həqiqəti əks etdirir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az