Ermənistanı müharibəyə hazırlayan ölkələr sırasına biri də QOŞULDU – Yeni savaş qaçılmaz OLACAQ?

10:36 - 05 Mart 2024

Ermənistanı müharibəyə hazırlayan ölkələr sırasına biri də QOŞULDU – Yeni savaş qaçılmaz OLACAQ?

Fransa Cənubi Qafqazı Şərqi Avropanın halına salmaq üçün səylərini bir xeyli gücləndirib. Parisin Ermənistanı silahlandırması istiqamətindəki fəallığı artıq hər kəsə bəllidir. Son zamanlar bu fəallıq fonunda bir də başqa dövlətləri məhz bu istiqamətdə özlərinə qoşmağa çalışmaları vəziyyətin göründüyündən də qəlizliyi doğru getdiyindən xəbər verir. 

Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias da İrəvana gəlib. Və bu səfərlərin erməni baş nazirin Fransa və Yunanıstana gedişindən sonra baş verməsinin Ermənistanın silahlanlanma işini şaxələndirməsi ilə bağlı olduğu bəllidir. Heç şübhəsiz ki, bu "fəaliyyətin" arxasında yenə Emanuel Makron isminə rast gəlinir. 

Ötən il İrəvan ilə Afina arasında hərbi-texniki əməkdaşlıq sazişinin imzalanmasından sonra iki ölkə arasındakı hərbi əməkdaşlıq bir başqa mərhələyə daxil oldu. Bununla da Ermənistan ilə Yunanıstan arasında birgə silah istehsalının həyata keçirilməsinə start verildi. Məhz bu yolla Fransa Yunanıstanın iştirakı ilə Qərb silahlarının Ermənistana ötürülməsi missiyasını icra etməyə başladı.

Məhz bu sadalanan proseslər Qərbin bir çox ermənipərəst dairəsinin Cənubi Qafqazı yenidən qan çanağına döndərmək istiqamətində canfəşanlıq göstərdiyini təsdiq edir. Ermənistan baş naziri Nikol Paşinyanın son keçirdiyi görüşlərə, edilənq arşılıqlı səfərlərə (21 fevralda Parisə səfər etdi, 22 fevralda Lekornu İrəvana gəldi, 27 fevralda Nikol Afinaya uçdu, dünən yunan nazir Nikos Dendias İrəvanda Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi) diqqət yetirəndə İrəvanın müharibə hazırlığı gördüyünə bir daha əmin olmaq mümkündür. 

Buradan belə nəticə çıxır ki, Fransa və Hindistanın ardınca Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək yolunda ciddi addımlar atmağa başlayıb. Bircə onu demək kifayətdir ki, yunan nazir erməni həmkarı Suren Papkiyanla görüşdən sonra Ermənistan şirkətlərini Yunanıstanın hərbi sahədəki innovasiya araşdırmalarında iştiraka dəvət edib. 

Təəssüf ki, Paris, Afina və Dehli Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən, Azərbaycan amilini diqqətə almırlar. Halbuki adıçəkilən hər 3 ölkənin Azərbaycanla iqtisadi əlaqələrinə nəzər saldıqda bu ölkələrin Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşlarının məhz Azərbaycan olduğu inkaredilməzdir. Belə ki, Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir, Hindistan Azərbaycanı neftinin, Yunanıstan isə Azərbaycanı qazının əsas alıcılarındandır. Buna baxmayaraq, biz fərqli qərarların, fərqli mənzərənin şahidi olmaqdayıq.

Əmr qulu olan Ermənistanın yenidən sifariş əsasında vəziyyəti gərginləşdirmək məqsədiylə sürətli olaraq müharibə hazırlığı görməsi elə daxildə də hiss edilir. Ermənistan 1 aprel-28 iyun tarixində ehtiyatda olan hərbçi qulluqçuları təlimə çağırması düşünməyə kifayət edir ki, rəsmi İrəvan özünü növbəti dəfə köləsi olduğu dövlətlərin, siyasi liderlərin istəyinə görə uçurumun kənarına gətirməyi gözə alıb. 

Bütün bu proseslərin üst-üstə düşməsi təsadüfdürmü? Təbii ki, xeyr! Ermənistanın Azərbaycanla müharibəyə hazırlığı fonunda bir də bu təlimlərə strat vermək qərarı təsadüfi sayıla bilməz. Azərbaycan bu Ermənistanın bu müharibə hazırlığı "periodunu" yaxından izləyir. Rəsmi Bakı İrəvana sülh sazişi imalamaq üçün əl uzatdığı bir vaxtda qarşı tərəfdən bunun əksinin müşahidə edilməsi hər hansı bir müsbət dinamikadan söhbət belə getmədiyi fikirlərini təsdiqləmiş olur. 

Artıq bunu tək Azərbaycanda yox, eləcə də Ermənistan daxilində çox aydın hiss edirlər. Belə ki, Ermənistanda “Gallup International” mərkəzinin keçirdiyi son sorğunun nəticəsinə görə, faktiki hər iki ermənidən biri Azərbaycanla yeni müharibə təhlükəsinin real olduğunu bildirib. Nikol Paşinyan bölgədə sülhün əldə olunması və əməkdaşlığa başlanılması üçün addım atarsa bunun qarşlığında Azərbaycan və Türkiyə Ermənistanın regional layihələrə qoşulması üçün imkan yaradacaqlar. Bu yol Ermənistanı müharibə təhlükəsindən uzaqlaşdıracaq.

Əks təqdirdə Ermənistanı heç də xoş ssenari gözləmir...

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az