Qırmızı dənizdə dörd "HGC Global Communications" kabeli zədələnib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Honq-Konqda yerləşən "HGC Global Communications" Qırmızı dənizin dibindəki dörd dənizaltı telekommunikasiya kabelinin kəsildiyini və bunun trafikin təxminən 25%-nə təsir etdiyini açıqlayıb.
Şirkətdən zərəri azaltmaq üçün dünya üzrə trafikin istiqamətini dəyişdirmək və Qırmızı dənizdə hələ də aktiv olan 11 kabel vasitəsilə trafiki paylamaq üçün addımlar atıldığı bildirilib.
Qeyd edək ki, təbii fəlakətlər və gəmiçilik səbəbindən hər il dünyada 200-ə qədər sualtı internet kabelləri zədələnir.
***19:33
Facebook və Instagramın fəaliyyətində problem yaranıb.
Manset.az xəbər verir ki, bu barədə Telegram kanalları məlumat yayıb.
Problemin qaynağı barədə Meta tərəfindən hələlik rəsmi açıqlama verilməyib.