Bakıda 100 yeni elektriklə işləyən avtobus istismara veriləcək.
Manset.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, cari ildə avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq.: “Bundan başqa, Bakı Taksi Xidməti” MMC-ə məxsus 150 ədəd elektrik mühərrikli taksi alınacaq