Bakıda kartlardan xeyli pul oğurlandı - Qadın tutuldu

16:04 - 10 Aprel 2024

Bakıda kartlardan xeyli pul oğurlandı - Qadın tutuldu

Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.

 

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə oğurluqda şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb.

Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az