"Whatsapp"a yeni funksiya gəlir - FOTO

14:30 - 22 Aprel 2024

\"Whatsapp\"a yeni funksiya gəlir - FOTO

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb.

"WhatsApp"da fayl paylaşımı dövrü

"WhatsApp" yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Bu yolla istifadəçilər internetsiz faylları paylaşa biləcəklər. Şirkət həmçinin paylaşılan faylların şifrələnəcəyini qeyd edir.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

"WhatsApp" yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az