Bir ayda 4 nəfər zəhərlənmədən öldü

12:20 - 02 May 2024

Bir ayda 4 nəfər zəhərlənmədən öldü

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

 

Manset.az xəbər verir ki, şöbəyə qəbul edilən xəstələrdən 56-sı dərmandan, 31 nəfər isə sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 4 ilan sancması 1 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) vəfat edib.

Ölüm halları sirkə turşusu, botulizm, allergik reaksiya və dərman zəhərlənmələrindən qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az