Elnur Əşrəfoğlu "Qarabağ" - "Kayrat" oyunundan əvvəl anıldı

19:49 - 21 Oktyabr 2021

Elnur Əşrəfoğlu \"Qarabağ\" - \"Kayrat\" oyunundan əvvəl anıldı

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi "Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl anılıb.

Manşet.az-ın məlumatına görə, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" oyunu bu gün saat 20:45-də başlanacaq.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az