ADNSU-da innovasiya mövzusunda növbəti təlim keçirildi - FOTOLAR

13:10 - 06 Mart 2024

ADNSU-da innovasiya mövzusunda növbəti təlim keçirildi - FOTOLAR

Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  İqtisadiyyat və Menecment fakültəsinin (İMF) "3S" layihəsi çərçivəsində “Məhdudiyyətlər innovasiyaya necə təkan verir?” mövzusunda təlim keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Rəqəmlər İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru Elviz İsmayılov məhdudiyyətlərin yaradıcılığı stimullaşdırmaq qabiliyyətindən, yenilikçi həllərin təşviqindən, həmçinin fokus və prioritetləşdirmənin insanların məqsədinin istiqamətləndirilməsi yollarından danışıb. 

Təlimdə Elviz İsmayılov öz təcrübəsindən, startup layihələrin formalaşması və inkubasiya prosesindən danışaraq iştirakçılara maraqlı olan sualları cavablandırıb və tələbələrə yumşaq bacarıqların inkişafı üçün gərəkli olan bəzi internet resursları haqqında məlumat verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az