2021-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5298,7 min nəfər olub.
Manşet.az xəbər verir ki, onlardan 4978,3 min nəfərini məşğul əhali, 320,4 min nəfərini isə işsiz əhali təşkil edib.
Məşğul əhalinin sayı cari ilin avqustun 1-i ilə müqayisədə 0,3%, ötən ilin sentyabr göstəriciləri ilə müqayisədə 1,9% artıb.
İşsizlərin sayı isə illik müqayisədə 12%, aylıq müqayisədə isə 2,7% azalıb.
ölkə.az