Azərbaycanın qadın şahmatçıları dünya çempionatında qələbə qazandılar - FOTO

17:30 - 05 İyun 2024

Azərbaycanın qadın şahmatçıları dünya çempionatında qələbə qazandılar - FOTO

Azərbaycan şahmatçıları Ayan Allahverdiyeva, Nərmin Abdinova və Səbinə Rzalı Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatının 3-cü turunda qələbə qazanıblar.

 

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, A.Allahverdiyeva qara fiqurlarla hindistanlı Saparya Qhosu üstələyib.

Qara fiqurlarla mübarizə aparan digər təmsilçimiz N.Abdinova yerli şahmatçı Advika Saruprianı məğlub edib. S.Rzalı isə hindistanlı Hasini Kamabathulanı təslim olmağa məcbur edib.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən, 11 turdan ibarət olan yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır. 3 turdan sonra Ayan Allahverdiyeva və Nərmin Abdinova ilə yanaşı, daha 6 şahmatçı maksimum nəticə göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az