“Azərbaycan Dəmir Yolları” QSC (ADY) uşaqlar üçün maarifləndirici proqram təşkil edib.
Manset xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evinin himayəsində olan uşaqlar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarla səyahət edib, səfərin sonunda Azərbaycan Dəmiryol Muzeyində dəmir yolunun tarixi və ölkəmizin inkişafındakı rolu ilə tanış olublar.
Maraqlı və maarifləndirici proqram uşaqların dünyagörüşünü dəmir yolu nəqliyyatının tarixi barədə biliklərlə genişləndirib.
Sonda uşaqlara xatirə hədiyyələri təqdim olunub.