logo
logo logo
logo

 “Tayqa” kəsişməsi adlanan hissədə svetoforlar quraşdırıldı - VİDEO

15:47 - 16 Oktyabr 2026

 “Tayqa” kəsişməsi adlanan hissədə svetoforlar quraşdırıldı - VİDEO

Binəqədi rayonu, “Köhnə trolleybus parkı”nın yaxınlığı, “Tayqa kəsişməsi” adlanan hissədə işıqforlar quraşdırılıb.


Manset.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxt ərazisində yeni işıqforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud işıqfor obyektləri və dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri davam etdirilir.

Görülən işlər çərçivəsində Binəqədi rayonu, Səttar Bəhlulzadə və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb. Qeyd olunan kəsişmədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq və qəza riskləri nəzərə alınaraq, Mərkəzin əməkdaşları tərəfindən simulyasiya proqramından istifadə edilməklə təhlillər aparılıb.

Nəticədə kəsişmədə 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada işıqforları quraşdırılıb. Bununla da Atatürk və Ziya Bünyadov prospektləri, habelə digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin kəsişməyə daxil olması daha təhlükəsiz olub. Eyni zamanda, piyadaların da kəsişmədə nizamlı hərəkəti təmin olunub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az