Azercell “MiFi” və “Wi-Fi” cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur.
Eyni zamanda, müştərilərə cəmi 10 AZN əlavə ödəməklə 100 GB, 20 AZN ödəməklə isə
200 GB internet paketindən sərfəli şərtlərlə yararlanmaq imkanı da
verilir. Paketlərin istifadə müddəti 28 gündür. Növbəti aydan etibarən isə abunəçilər
“MiFi” və “Wi-Fi” cihazları üçün nəzərdə tutulmuş xüsusi data tarifləri ilə
böyük həcmli internet paketlərindən standart şərtlərlə yararlanmağa davam edə
biləcəklər: Data
tarifi | Azercell
32-yə qədər istifadəçinin
eyni anda qoşulmasını dəstəkləyən “MiFi” və “Wi-Fi” cihazları internet
bağlantısını smartfon, noutbuk, planşet və digər cihazlar arasında paylaşmağa
imkan verir.
Xüsusi təklifdən
yararlanmaq üçün Azercell
Satış və Xidmət Mərkəzlərindən “MiFi” və ya “Wi-Fi” cihazını əldə etmək
kifayətdir. Cihazla birlikdə fakturasız xətt üzrə “Data” tarifli nömrə də hədiyyə
edilir.
Azercell-dən “MiFi” və
“Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Kampaniya haqda əlavə
məlumat üçün: Daha çox internet hər yerdə səninlədir! | Azercell