logo
logo logo
logo

İstanbulda sel fəlakəti davam edəcək? - Təhlükə barədə xəbərdarlıq edildi 

23:59 - 15 Oktyabr 2026

İstanbulda sel fəlakəti davam edəcək? - Təhlükə barədə xəbərdarlıq edildi 

Oktyabrın 16-da səhər saatlarından etibarən İstanbulda yenidən güclü yağışların yağacağı gözlənilir.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, yağıntıların, xüsusilə şəhərin Avropa hissəsində və şimal rayonlarında güclü olacağı proqnozlaşdırılır.

Oktyabrın 16-da, cümə günü səhər saatlarından başlayaraq yağışların intensivləşəcəyi, şənbə günü isə İstanbulun bütün ərazisində güclü yağacağı gözlənilir.

Vətəndaşlara oktyabrın 14-də yağan güclü yağışların yaratdığı fəsadlar xatırladılıb. Onlara daşqın, su basması, ildırım və torpaq sürüşməsi risklərinə qarşı diqqətli və hazırlıqlı olmaları tövsiyə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az